Aİ Putinin yanında olan jurnalist Zarubin və digərlərinə sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Aİ Putinin yanında olan jurnalist Zarubin və digərlərinə sanksiya tətbiq etdi

Dünya

29 Yanvar 2026 18:34 564


Avropa İttifaqı rusiyalı jurnalistlər Yekaterina Andreeva, Pavel Zarubin və Dmitri Quberniyevə qarşı sanksiyalar tətbiq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Aİ-nin sanksiya siyahısına reper Roman Çumakov, balet ustası Sergey Polunin və teleaparıcı Maria Sittel də düşüb. pizza sifarişi

Qeyd edək ki, Pavel Zarubin Rusiya Prezidenti Vladimir Putinin jurnalist “pul”unda təmsil olunur. O, “Rossiya” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısıdır. Yekaterina Andreeva “Pervıy” kanalın əsas xəbər buraxılışının aparıcısı, Dmitri Quberniyev isə Rusiyanın məşhur idman jurnalisti və aparıcısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!