Aİ Venesuelanın 2 müxalifətçinə dəstək verdi

saytların hazırlanması

Evə çatdırılma

Aİ Venesuelanın 2 müxalifətçinə dəstək verdi

Dünya

05 Yanvar 2026 17:15 431


Aİ Venesuelada müxalifət siyasətçiləri Edmundo Qonzales və Mariya Korina Maçadonun da daxil olduğu demokratik keçidi dəstəkləyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper bildirib.

"Milyonlarla venesuelalı dəyişikliyə səs verdi və bizdə olan məlumatlara görə, əhəmiyyətli əksəriyyət Edmundo Qonzalesi dəstəklədi. Ona görə də növbəti addım demokratik keçidlə bağlı dialoqdur, bu dialoq Edmundo Qonzales və Mariya Korina Maçadonu da əhatə etməlidir", - o, brifinqdə deyib. pizza sifarişi

Qonzales 2024-cü il seçkilərində müxalifətin birgə namizədi kimi prezident Nikolas Maduroya qarşı mübarizə aparıb. O, hazırda İspaniyadadır.

Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Venesuelalı müxalifətçi siyasətçidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!