Ailəsinin imtina etdiyi Ruslana kim sahib çıxıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Ailəsinin imtina etdiyi Ruslana kim sahib çıxıb? - Video

Sosial

22 Avqust 2023 21:26 9391


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı ailəsi tərəfindən küçəyə atılan 17 yaşlı Ruslandır.

Əlacsızlıqdan yarı tikili binalardan birində gecələyən Ruslan bildirib ki, valideynləri bir müddət öncə boşanıblar: Pepperoni pizza

“Anam dedi ki, sənə təzə ata tapmışam. Mən də dedim ki, təzə ata yox, səni istəyirəm”.

Ruslanın sözlərinə görə, ögey atası ilə bir evdə yaşamaq istəmədiyi üçün Zabratdakı sığınacağa üz tutub. Lakin bir müddət sonra anası onu sığınacaqdan çıxarıb, yaşadığı evə gətirib. Ögey atasından şiddət görən Ruslan evi təkrar tərk edib və küçədə yaşamağa başlayıb.

Baku TV-nin müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Ruslanı Bakıdakı sığınacaqlardan birinə təyin etdi. Lakin çəkilişdən 2 gün sonra verilən məlumata görə, Ruslan sığınacağı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!