Air Astana Almatıdan Quançjouya yeni reys açır!

saytların hazırlanması

Evə çatdırılma

Air Astana Almatıdan Quançjouya yeni reys açır!

İqtisadiyyat

24 Fevral 2025 11:49 1761


 Air Astana 2025-ci ilin 30 mart tarixindən başlayaraq Quançjouya yeni uçuşlar həyata keçirəcək.

Aviaşirkət bununla da Çinə marşrutlar şəbəkəsini genişləndirir. Quançjouya uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günləri rahat Airbus A321LR təyyarələrində həyata keçiriləcək.

Almatıdan yola düşmə saat 20:50-dir, Quançjouya isə çatma ertəsi gün saat 05:45-də olacaqdır. Eyni zamanda Air Astana bildirir ki, Quançjoudan geri dönüş reysi saat 06:50-də təyin olunub və Almatıya yerli vaxtla saat 10:20-də çatır.  Toyuqlu pizza

Air Astana baş icraçı direktoru Piter Fosterin sözlərinə görə “Çin – 20 il əvvəl Pekinə ilk uçuşundan başlayaraq bu günə kimi biznes və istirahət trafikində davamlı artım göstərərək Air Astana üçün strateji əhəmiyyətli bazardır”. “Quançjouya yeni reysin açılması “Air Astana”nın Çinə marşrut şəbəkəsinin genişləndirilməsində mühüm addımdır”, deyə Piter Foster əlavə etdi. 

 Quançjou Çinin ən böyük sənaye mərkəzi, yüngül sənayedə dünya lideri və 2000 ildən çox tarixə malik mühüm iqtisadi və mədəniyyət mərkəzidir. Şəhər Honq-Konqdan 120 km şimal-qərbdə yerləşir.

Əlavə olaraq qeyd edək ki, hazırda, “Air Astana” Almatı və Astana şəhərlərindən Pekinə həftədə 7, eləcə də Almatıdan Urumçiyə həftədə 4 uçuşlar həyata keçirir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!