Rusiya Elmlər Akademiyasının (REA) Moskva Fəlsəfə İnstitutu şər və cəhənnəmin öyrənilməsinə 700 min rubldan çox vəsait xərcləyib.
Yenisabah.az RBC-ya istinadla xəbər verir ki, bu barədə dövlət satınalmalarının saytında məlumat yerləşdirilib.
Dövlət satınalmaları portalının məlumatına görə, 742 min rubl dəyərində “Cəhənnəmin varlığı şərdirmi” mövzusunda elmi işin həyata keçirilməsinə dair müqavilə oktyabrda imzalanıb. pizza sifarişi
Məlumatda qeyd olunur ki, REA-nın Fəlsəfə İnstitutu son 3 ayda 19-20-ci əsrlərin şər, cəhənnəm və Avstriya fəlsəfəsi problemlərinin öyrənilməsinə üç milyon rubla yaxın vəsait sərf edib.
“Bütün bunlar qanun çərçivəsində, ayrılan qrant çərçivəsindədir. İnsanlar bunun üçün müsabiqədə qalib gəldilər və orada hər şey ilkin olaraq Rusiya Elm Fondundan paylandı", - deyə İnstitututdan bildirilib.
Telegram kanalımız