Qırğızıstan parlamentinin müvafiq komitəsi Əsgər Akayevin ölkənin eks-prezidenti statusunun bərpası ilə bağlı müraciətinə baxıb və parlamentə ondan imtina etməyi tövsiyə edib.
Yenisabah.az xəbər verir ki, müzakirələr zamanı deputat Janar Akayev Akayevin prezidentliyi dövründə ölkədə ailə-klan idarəçiliyinin mövcudluğunu, kütləvi iğtişaşların baş verdiyini xatırladıb.
Parlament komitəsi Akayevin bəyanatını nəzərə alıb və parlamentə müvəqqəti deputat komissiyasının yaradılmasından imtina etməyi tövsiyə edib. Toyuqlu pizza
Bundan əvvəl məlum olub ki, Akayev eks-prezident statusunun bərpası üçün Qırğızıstan parlamentinə müraciət edib.
2005-ci il martın 24-də kütləvi etirazlar Qırğızıstanda hakimiyyət dəyişikliyinə gətirib çıxarıb, respublikanın birinci prezidenti və onun ailə üzvləri ölkədən qaçıb.
Akayev 31 avqust 1991-ci ildən 2005-ci il aprelin 11-dək prezident olub.
Telegram kanalımız