Akif Əlizadə 50 ildir rəhbərlik etdiyi kollektivlə belə vidalaşdı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Akif Əlizadə 50 ildir rəhbərlik etdiyi kollektivlə belə vidalaşdı - FOTOLAR

Sosial

05 İyun 2026 16:54 293


Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun Baş direktoru vəzifəsindən azad olunan geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadə 50 ildir rəhbərlik etdiyi qurumun kollektivi ilə vidalaşıb.

“Yeni Sabah” xəbər verir ki, iyunun 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Geologiya İnstitutu direktorunun yeni müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Elçin Vəliyevi elmi müəssisənin kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun elmi potensialının gücləndirilməsi, innovativ tədqiqatların təşviqi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin tətbiqi məsələləri müzakirə olunub. Həmçinin qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb.  Pepperoni pizza

Tədbirdə A.Əlizadə də iştirak və çıxış edib. O, görülən işlərdən danışıb, institutun yeni rəhbərinə uğurlar arzulayıb.

Qeyd edək ki, A.Əlizadə 1976-cı ildən - 50 ildir Geologiya İnstitutuna rəhbərlik edib

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!