Zaxarova Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verdi

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verdi

Siyasət

05 İyun 2026 17:30 155


Rusiya Azov dənizində “Natra” və “Sirkon” teploxodlarına hücumlardan sonra Azərbaycanla sıx əlaqə saxlayır. Bu hücumlar nəticəsində gəmilərin heyətləri, o cümlədən Azərbaycan vətəndaşları arasında həlak olanlar və yaralananlar var.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Yaralı dənizçilərə yoldan keçən Rusiya gəmisi və FSB-sinin sərhəd dəstəsi kömək edib”, - deyə o əlavə edib. pizza sifarişi

M. Zaxarovanın sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır:

“Moskvadakı Azərbaycan səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Rusiya tərəfi hadisənin başvermə səbəbləri barədə məlumat almaqda və Azərbaycan vətəndaşlarının konsulluqla əlaqə saxlamasını təmin etməkdə tərəfdaşlarımıza bütün lazımi köməkliyi göstərəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!