“Sürücülük vəsiqələrinin əvvəlcə müəyyən müddətə sınaq üçün verilməsi haqqında qayda tətbiq etmək daha məqsədəuyğun olar”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə, şəxs bu vaxt ərzində özünü doğruldarsa, ona da digər sürücülər kimi uzunmüddətli sürücülük vəsiqəsi verilə bilər: pizza
“Bir çox ölkələrdə bu təcrübə mövcuddur. Sürücülük vəsiqələri əvvəlcə sınaq müddəti ilə təqdim olunur. Şəxs həmin dövrdə kobud qayda pozuntularına yol vermir və ağır yol-nəqliyyat hadisəsi törətmirsə, növbəti dəfə ona bu vəsiqə 10 il müddətinə verilir. Bizdə də bu təcrübənin tətbiqinə baxmaq olar”.
Ekspert qeyd edir ki, hazırda praktiki imtahandan uğurla keçə bilməyən sürücülərin sayı kifayət qədərdir. Çünki kitabı oxuyub suallara cavab verməyin əksinə avtomobili idarə etmək bacarıq tələb edir.
“Mövcud qaydalara yenidən baxmaq və onları müəyyən formada təkmilləşdirmək olar ki, sürücülərin peşəkarlıq səviyyəsi daha da artsın”, - deyə o, vurğulayıb.
Telegram kanalımız