Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar

saytların hazırlanması

Evə çatdırılma

Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar

Hadisə

05 İyun 2026 21:25 324


Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır. pizza sifarişi

Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatı məlum olub.

Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.

Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!