Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər yüksək səviyyəli danışıqların formatını və tarixini razılaşdırmaq üçün diplomatik təmasları davam etdirirlər. pizza mizza
"Təsdiq edə bilərəm ki, biz liderlərin - Prezident Zelenskinin və Baş nazir Madyarın görüşü ilə bağlı işlər aparırıq. Bu görüş mütləq baş tutacaq", - Sibiqa qeyd edib.
Nazir həmçinin Macarıstan tərəfi ilə əlavə təmaslar, o cümlədən Macarıstanın xarici işlər naziri ilə qarşılıqlı əlaqələr barədə də məlumat verib.
Xatırladaq ki, daha əvvəl, həmin vaxt hələ baş nazir vəzifəsini tutmayan Peter Madyar iyunun əvvəlində Bereqovo şəhərində Volodimir Zelenski ilə görüş keçirmək təşəbbüsü ilə çıxış etmişdi.
Eyni zamanda, Ukrayna Prezidentinin Ofisindən qeyd edilib ki, dövlət başçısının iyun ayı üçün qrafiki yekun olaraq razılaşdırılmayıb və bu cür görüşlər ikitərəfli razılaşdırma tələb edir./Report
Telegram kanalımız