Rusiyada çayda qayıq aşdı, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada çayda qayıq aşdı, ölən və yaralananlar var

Dünya

05 İyun 2026 18:04 123


Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.

"İlkin məlumatlara görə, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında 8 sərnişini olan kiçik gəmi aşıb. Hazırda həlak olanların və xəsarət alanların sayı müəyyənləşdirilir", – məlumatda qeyd olunub. Marqarita pizza

Su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!