Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndi ilə məhkəmədə çəkişməyə hazırdır.
O, "Yeni Sabah"a açıqlamasında bildirib ki, "Facebook" hesabında işlətdiyi ifadələrə görə peşman deyil.
“Bu məlumatdan xəbərdaram. Məhkəməyə verirsə, versin. Prosesdə görüşərik, problem yoxdur”, - A.Nağı söyləyib. Dominos pizza
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edirdi. Onun Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal 12 bal verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı müğənninin bu hərəkətinə sərt reaksiya verib, onu söyüb.
Samirə Əfəndi isə partiya sədrini məhkəməyə verəcəyini açıqlayıb. Müğənninin vəkili artıq bununla bağlı hüquqi işlərə başlayıb.
Nazim Hacıyev
Telegram kanalımız