Akkumulyator oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Akkumulyator oğrusu tutuldu

Kriminal

06 Fevral 2020 07:20 1527


Göyçayda akkumulyator oğurlayan şəxs saxlanılıb.

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə məxsus ümumi dəyəri 560 manat olan 2 ədəd akkulmulyatorun oğurlanması barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov saxlanılıb.   Pepperoni pizza

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır, oğurluq əməlində digər şəxslərin iştirakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!