Akrobatika üzrə ölkə birinciliyi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Akrobatika üzrə ölkə birinciliyi keçiriləcək

İdman

07 İyun 2019 15:44 1275


İyunun 8-9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, iki gün davam edəcək yarışa idman gimnastları start verəcəklər. İştirakçılar yarışlar ərzində böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Akrobatlar isə yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar. pizza

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” klubları, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edəcək.

Yarışa biletləri arenanın kassasından, “Gənclik Mall” alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manat təşkil edir. Hər iki günə bilet alan tamaşaçıları isə xüsusi endirimlər gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!