Aktrisanı skuter vurdu, beyni silkələndi

saytların hazırlanması

Evə çatdırılma

Aktrisanı skuter vurdu, beyni silkələndi

Şou

07 İyun 2025 22:49 1205


Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.

Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf 2 gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olduğunu deyib:

"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələlik müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək". Sezar pizza

Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şikayətçi
    O Skuterlərin yol platformasını ümumiyyətlə ləğv etmək lazımdır, o günlərdə bir neçə dəfə diqqətlə ehtiyatla keçərkən bərk sürətlə az qala məni taptalayacaqdı, ağına bozuna baxmırlar, çox pis sürətli sürürlər
    11 months ago