Aktyordan kanallara sərt sözlər -   “Bu millətlə düşmənliyiniz var?”

saytların hazırlanması

Evə çatdırılma

Aktyordan kanallara sərt sözlər - “Bu millətlə düşmənliyiniz var?”

Şou

27 May 2019 09:50 1066


Aktyor Azər Aydəmirov yerli televiziya kanallarını sərt tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, aktyor sosial media hesabında ARB və “Lider” telekanallarının ünvanına sərt sözlər yazıb: 

“2-3 gün öncə yenə də öz aləmimdə Azərbaycan kanallarının monitorinqini aparırdım. ARB 24-ün möhtəşəm görüntüsü və peşəkar işıq şefinin işi məni sevindirdi. Halbuki, bu tərifi ARB TV-nin özünə şamil edə bilmirəm. Baxırsan ki, bir şirkətdir – biri aya gedir, digəri çaya. Dominos pizza

İTV-nin “Pressinq” verilişi məni sevindirdi, diqqətimi cəlb etdi.

“Lider” TV-də “Ürək ağrısı” adlı serial göstərirdilər. Tənbəllik etmədim, axıra kimi baxdım. Dedim bəlkə, mən nəyisə başa düşmürəm. Bu nədi? Sizin bu millətlə nə düşmənliyiniz var? Bunu kimə göstərirsiniz? Məqsəd nədir? O “prodüser”lər serialın vaxtına görə sizə nə qədər pul verirlər - 500-600 manat? Bu pul kanalın imicinə dəyərmi? Məqsədinizi açıq deyin, bilək ki, kanalın formatı nədir. Axı, niyə belə edirsiniz? Kimə işləyirsiniz? Bəlkə, ən asanı kanalı bağlamaqdır? Hörmətlə, tamaşaçı - “Ürək ağrısı” ilə!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!