Alban futbolçunun mafiya ilə əlaqəsi ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Alban futbolçunun mafiya ilə əlaqəsi ortaya çıxdı

İdman

06 Avqust 2022 09:22 953


"Arsenal"ın oyunçusu Qranit Caka mafiya ilə əlaqədə şübhəli bilinib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, futbolçu ötən mövsüm Premyer Liqada "Lids"lə matçda aldığı sarı vərəqə ilə diqqət çəkib. Komandası 4:1 hesabı ilə qalib gələn futbolçu ikinci hissənin sonlarında vaxtı çox uzatdığına görə cəzalanıb.

Epizod İngiltərə Futbol Federasiyasını marağına səbəb olub. Nəticədə federasiya istintaqa başlayıb, sonra isə işi hüquq-mühafizə orqanlarına göndərib. Pepperoni pizza

Araşdırma zamanı məlum olub ki, Cakanın matçın son 10 dəqiqəsində sarı vərəqəsinə böyük məbləğdə - 60 min avrodan çox pul qoyulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərclərin əsasən Albaniyada kriptovalyuta ilə edildiyini aşkarlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!