Aleksandar Vuçiç İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Aleksandar Vuçiç İlham Əliyevə zəng etdi

Siyasət

24 Dekabr 2025 13:13 304


Dekabrın 24-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. pizza

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!