Ali Koç Mourinyonun gələcəyindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ali Koç Mourinyonun gələcəyindən danışdı

İdman

09 Yanvar 2025 11:07 523


"Fənərbaxça"nın prezidenti Ali Koç klubun baş məşqçisi Joze Mourinyonun gələcəyi ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, o, mütəxəssisin istənilən halda İstanbul təmsilçisində qalacağını deyib:

“Titul qazansaq da, qazanmasaq da, Joze Mourinyo öz vəzifəsini yerinə yetirməlidir. Onunla yolumuza davam edəcəyik. Bu sabitlik məsələsi çox vacibdir. Çünki biz komandaya keyfiyyətli mütəxəssisi gətirmişik”. Pepperoni pizza

Daha əvvəl Mourinyo xarici mətbuata açıqlamalarında Türkiyə Superliqası, yerli hakimlərin işi, "Qalatasaray" haqqında xoşagəlməz sözlər səsləndirmişdi.

Mütəxəssis ötən ilin yayından "Fənərbaxça"nın baş məşqçisidir. Komanda hazırda Türkiyə çempionatının turnir cədvəlində 39 xalla 2-ci pillədə qərarlaşır. İstanbul klubu lider “Qalatasaray”dan 8 xal geri qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!