Ali Məhkəmə sabiq deputatla bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmə sabiq deputatla bağlı qərar verdi

Kriminal

03 Dekabr 2019 15:21 1676


Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun barəsində olan birinci hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

"Yeni Sabah" xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, D.Xəlilovun kassasiya şikayəti təmin edilməyib.  pizza mizza

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirilib. Daha sonra sabiq deputat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Xatırladaq ki, D.Xəlilov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birgə daha bir cinayət işində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,  əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  /demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!