Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

Maraqlı

18 İyul 2023 11:19 1091


Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. 

Ali Məhkəmədən Yenisabah.az-a verilən xəbərə görə, Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.

İnam Kərimov Ələsgər Əliyevə uğurlar arzu edərək, onun gələcəkdə də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb. pizza mizza

Tədbirin digər çıxışçıları da Ələsgər Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək, ona uğurlar arzu ediblər.

Sonda təqaüdə yola salınan hakim Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!