Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
Yenisabah.az saytı xəbər verir ki, dünən - 30 sentyabr 2022-ci il tarixində keçirilmiş Plenuma Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik edib.
Plenumda Azərbaycan Respublikası Baş Prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət” və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar 12-1(102)-8/2022 və 12-1(102)-10/2022 saylı cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib. pizza hut
Qeyd edək ki, söhbət Azərbaycan cəmiyyətində böyük qalmaqal doğurmuş “Tərtər işi”ndən gedir.
Hüquqşünasların fikrincə, Ali Məhkəmənin Plenumu tərəfindən "Tərtər işi" üzrə həbs edilən 19 nəfərin cinayət işlərinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə verilən qərar Azərbaycanın məhkəmə tarixində nadir hadisələrdən biridir.
Telegram kanalımız