"Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var".
"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. O bildirib ki, ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb:
"Adətən qəbul planının dolma göstəricisi 90% olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olma şansını artırır". pizza hut
Telegram kanalımız