Alim Qasımovdan qızı ilə bağlı paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Alim Qasımovdan qızı ilə bağlı paylaşım

Şou

06 Avqust 2025 14:57 291


Xalq artisti Alim Qasımov qızı, Əməkdar artist Fərqanə Qasımova ilə bağlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, xanəndə övladının ad gününü bu sözlərlə təbrik edib:

"Rəbbim biz insanlara ilk mükafatı övlad bəxş edərək verir. Bu mükafat dünyanın ən gözəl neməti, bir o qədər də məsuliyyəti özündə birləşdirir. Qız övladının atası olmaq isə dünyanın ən gözəl hissidir. Zamanla o qız böyüyür və hərəkətlərində, davranışlarında özünü sənə oxşatmağa çalışır. Artıq həyat bir ata üçün daha gözəl anlam daşımağa başlayır. Sezar pizza

Fərqanənin bizə bəxş olunması da ailəmiz üçün Rəbbimin ən gözəl hədiyyəsiydi. Zamanla böyüyür və ailə dəyərlərimizi də özüylə bərabər qoruyurdu. Ata olmağın ülvi hissini yaşamağın gözəlliyi ilə yanaşı sənətdə də yol-yoldaşı olmağı Rəbbim mənə qismət etdi. Ailə dəyərlərimiz, Vətənə, dinimizə, sənətimizə olan inamımız ona məktəb olmağa başladı. Böyüdükcə də bu məktəbi bizi qürurlandıraraq davam etdirdi. Mərhəməti, xeyirxahlığı, insani keyfiyyətləri ilə daim bizi qürurlandırdı. Mənəvi dəyərlərə daim diqqət yetirdiyi kimi sənətə, sənətkara olan diqqəti onu bu uzun yolda xeyir dualı yollara çıxartdı. Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyatlar və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün. Rəbbim, qarşıda onu gözləyən şər və müsübət varsa onu qaldır. İrəlidə qovuşacağı nemət varsa onu da artır. Ruzusuna, ömrünə, gününə, vaxtına bərəkət ver. Fərqanə və balalarını xəyal daxil edə bilmədiyi küllü gözəlliklərə qovuşdur, Amin. doğum günün mübarək olsun".

Qeyd edək ki, Alim Qasımovun dörd övladı var. /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!