Alimlər canlının yaddaşını silə biliblər - Araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Alimlər canlının yaddaşını silə biliblər - Araşdırma

Dünya

17 Mart 2020 21:58 659


Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar.

"Yeni Sabah" xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar.

Belə ki, uzun müddət cütləşməyən erkək meyvə milçəyi travma alır və bu da onun yaddaşında xatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb. pizza hut

Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.

Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!