Artıq 2 ilə yaxındır davam edən koronavirusun yaxın aylarda bitəcəyinə ümid edənlərə elm adamlarından pis xəbər var.
Yenisabah.az xəbər verir ki, mütəxəssislər Covid-19 üçün iki ssenarinin olduğunu düşünürlər: hər kəsin vaksinasiyası və hər kəsin virusa yoluxması.
İkinci ssenarinin gerçəkləşəcəyi halda milyonlarla insanın həyatını itirəcəyi bildirilir. Toyuqlu pizza
225 milyondan çox insana yoluxan və 5 milyona yaxın insanın həyatına son qoyan koronavirusun bu yaxınlarda yeni ştammları ilə birgə orataya çıxacağı qeyd olunur.
"Çox şeyə hazır olun" deyən elm adamları yaxın 3-6 il ərzində virusun bitməsini gözləyənlərə bəd xəbər veriblər.
Danimarkanın “Roskilde” Universitetinin epidemioloqu Lon Simonsenin sözlərinə görə, son 130 ilin beş epidemiyası Covid-19-un sonunun necə olacağına dair ipucu verir.
Simonsen qeyd edib ki, ən uzun qlobal qrip epidemiyası 5 il davam etsə də, əsasən iki-üç il ərzində bir neçə infeksiya dalğasından ibarətdir.
Telegram kanalımız