Alla Puqaçovanın villası sökülə bilər

saytların hazırlanması

Evə çatdırılma

Alla Puqaçovanın villası sökülə bilər

Şou

09 Aprel 2025 16:46 279


Rusiyanın tanınmış müğənnisi Alla Puqaçovaya məxsus Moskvaətrafı Malıye Berejki qəsəbəsində yerləşən villa söküntü ilə üz-üzədir.

Yenisabah.az xəbər verir ki, bu barədə KP.RU-ya əmlak üzrə ekspert Viktoriya Markova məlumat verib.

Hazırda 152 milyon rubla satışa çıxarılan villa su mühafizə zonası ərazisinə çox yaxın tikildiyi üçün qanun pozuntusu hesab olunur. Potensial alıcılar da binanın sökülə biləcəyindən xəbərdardır. Dördpendirli pizza

Rieltorun sözlərinə görə, bu bina real dəyərindən iki dəfə baha qiymətə satışa çıxarılıb. Köhnə tikili olmasına baxmayaraq, yalnız interyeri yenilənib. Amma dam örtüyü və mühəndis-kommunikasiya xətləri əsaslı təmirə ehtiyac duyur. Bundan əlavə, qəsəbədə ümumi kanalizasiya və mühafizə sistemi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!