“Allah Surətin evini yıxsın!..” –   Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Allah Surətin evini yıxsın!..” – Şərh

Siyasət

04 İyun 2019 15:31 3024


“1993-cü il 4 iyun Azərbaycan dövləti tarixində qara gündür. Amma çox bəlaların kökü lap əvvəldən başladı. Ə.Vəzirovun devrilməsi, 20 Yanvarla nəticələnən hadisələr”.

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Rəşid Hacılı deyib. O, bildirib ki, bu, Azərbaycanda 1990-cı ildə keçirilməsi gözlənən, yeni qüvvələrin qalib gələcəyi şübhə doğurmayan parlament seçkilərinin qarşısını aldı. Bunun ardınca Ayaz Mütəllibovu Moskva hərbi rejim şəraitində hakimiyyətə gətirdi. Bir müddət sonra isə həmin Mütəllibov saxtalaşdırılmış parlament seçkiləri keçirdi.

R. Hacılı bildirir ki, Mütəllibov seçki komissiyalarını tam nəzarətə götürdü, bütün deputatlar (360 deputat) bir neçəsi istisna olmaqla Mərkəzi Komitədə razılaşdırıldı: “Basqı altında müxalif qüvvələrdən seçilənlər də ən populist, ən radikal şəxslər oldular. Liberal demokratik kəsim demək olar ki, kənara sıxışdırıldı hakimiyyət tərəfindən.  Toyuqlu pizza

Parlamentin 70-80 faizi 1-ci katiblər, idarə müdürləri, zavod direktorları, rayon KQB, polis rəisləri və başqaları təyin edildilər.

Bunun ardınca o özünü həmin saxta parlamentdə prezident seçdirdi. Sonra yenə saxta prezident seçkiləri, saxta referendum, SSRİ-də qalmaq barədə və sairə. Hər şey xalqın iradəsindən uzaq və saxta.

Bu saxta parlament nə Mütəllibovun hakimiyyətini gücləndirdi, nə də ölkəni. Əksinə etirazları artırdı və ermənilərin hücumları qarşısında ölkəni siyasi baxımdan zəif, idarəolunmaz duruma saldı. Moskvanın qarşısında mütiliyini gizlətməyən Mütəllibov bütün Azərbaycanı Moskvadakı bəzi dairələrin maraqlarının qurbanına çevirdi. 

İsrarla nizami ordu yaratmağa qarşı çıxaraq ölkəni erməni silahlıları qarşısında müdafiəsiz qoydu. Bu nizamsız, təlimsiz, vahid komandanlığa tabe olmayan özünümüdafiə dəstələrinin yaranmasına gətirib çıxardı. 

Surətkimilər də onda yarandı. Yenə də Moskvada oturub Azərbaycana yaxşı heç nə arzulamayan qüvvələrin tapşırığı və yardımıyla.

Beləliklə, bir mərkəzdən idarə və təhciz olunan nizami ordu əvəzinə hərcmərclik, siyasi çəkişmələrin hərbiyə sirayət olunması.

Xalq hərakatı liderlərinin səhvlərini, eləcə də Elçibəy hakimiyyətinin nöqsanlarını, həmin dövrdəki müxalif AMİP, ASDP, YAP və başqalarının yanlışlıqlarını gözardı etməyərək deməliyik Mütəllibov dövrü əksər siyasi və hərbi bəlaların toxumunun səpilib cücərdilməsi dövrü oldu. Bu da Qarabağın işğalı və Azərbaycanın normal, demokratik inkişaf yolundan dönməsində böyük rol oynadı.

Əslində, bu gün xalq içində geniş yayılmış “Allah Surətə lənət eləsin!” deyimindəki lənət təkcə Surətə aid deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!