“Ölsəm, bağışla” filmindəki Gülya rolu ilə məşhurlaşan Əməkdar artist Gülzar Qurbanova yuxuda ölümü hiss etdiyini yazıb.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə şəklini paylaşan 49 yaşlı aktrisa bu sözləri də qeyd edib:
“Allahı yuxuların dərinliklərində tapmaq olar. Düşünürəm ki, yuxunun dərinliklərində ölümümüzü görə, oyananda isə bunu unuda bilərik”. pizza
Qeyd edək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu yaxınlarda "Nazik mətləb" filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Telegram kanalımız