Almaniya Çinə nota göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Çinə nota göndərdi

Siyasət

24 Oktyabr 2025 20:38 192


Almaniya Çindən Avropaya mikroçiplərin ixracına qadağa qoyulması ilə bağlı Pekinə diplomatik nota göndərib.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, qadağa Almaniyanın avtomobil və elektronika sənayesi üçün komponentlərin tədarükünü ciddi şəkildə pozub.

Pekinin addımlarına səbəb çinli investorlara məxsus olan Hollandiyanın Nexperia şirkətinin milliləşdirilməsi olub. Bundan sonra Pekin Avropa İttifaqına yarımkeçirici ixracını dayandırıb. Toyuqlu pizza

Almaniyanın iqtisadiyyat naziri Katharina Reiche Berlinin Çinin ticarət nazirinə rəsmi nota göndərdiyini təsdiqləyib.

"Almaniya iqtisadiyyatı bu tədarüklərdən asılı olduğu üçün mikroçip çatışmazlığından ciddi zərbə aldıq. Biz gərginliyin azaldılmasına və ixracın bərpasına sadiqik", - Reyx bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!