Almaniya milli komandasının türk əsilli futbolçuları İlkay Gündoğan və Emre Can Cenk Tosunun Türkiyə millisinin Albaniya üzərindəki qələbəsindən sonra (1:0) “əsgər salamı” verdiyi şəklini bəyənib daha sonra geri çəkməsi böyük səs-küyə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Almaniya millisinin məşqçisi Oliver Birhof bununla bağlı açıqlama verib. O, Avro-2020-nin seçmə mərhələsində Estoniyaya səfərdə qalib gəldikləri (3:0) oyundan sonra məsələyə aydınlıq gətirib:
“Hər ikisi bunun siyasi bir məqsəd güdmədiyinə bizi inandırdılar. Emre və İlkayı tanıyan hər kəs onların hərəkətlərindən necə peşman olduqlarını bilir. Biz də onların izahlarına inanırıq. Əminik ki, siyasi bir məqsəd daşımayıb. Bizə bunun səhv olduğunu bildirdilər və oyundan öncə də bəyənmələri geri götürdülər”. pizza hut
İlkay və Emreni dəstəklədikdən sonra isə Almaniya millisi qələbə münasibəti ilə kollektiv şəkil çəkdirib. Fotonu təqdim edirik:

Telegram kanalımız