Almaniya qapılarını açır: 6 milyona yaxın işçi axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Almaniya qapılarını açır: 6 milyona yaxın işçi axtarılır

Dünya

05 Fevral 2020 13:52 1538


Almaniyada “İxtisaslı işçi qüvvəsi miqrasiyası” barədə qanun martın 1-də qüvvəyə minəcək. Bununla da Almaniya Avropa Birliyi ölkələrindən olmayan işçilər üçün də qapılarını açmış olacaq.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, yeni qanunda Almaniyaya köçüb burada işləmək istəyənlərə verilən 6 aylıq iş vizası və alman dili bacarıqları ilə bağlı şərtlər yumşaldılıb. Həmçinin, işçi qəbulu zamanı yaş və sektor məhdudiyyəti də qoyulmur. Bu qanunla təkcə ali təhsillilər deyil, orta təhsilli və təcrübəli şəxslər də iş üçün Almaniyaya üz tuta biləcəklər.

Köln Ticarət və Sənaye Palatasının sədr müavini Sandra von Möllerin sözlərinə görə, Almaniyada 10 il içərisində 5.5 milyon işçiyə ehtiyac yaranacaq.  Pepperoni pizza

Ölkədə aparılan sorğular göstərib ki, burada yerləşən şirkətlərin 60%-nin ən böyük qorxusu ixtisaslı işçilərin çatışmazlığıdır.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!