Almaniyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı elmi forum keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı elmi forum keçirildi - Fotolar

Siyasət

23 Noyabr 2019 18:25 1477


Bu gün Almaniyanın Köln şəhərində “Alumniportal Aserbaidschan” onlayn platformasının təşkilatçılığı və Beynəlxalq dini və mədəni-akademik mərkəzin dəstəyi ilə elmi forum baş tutub.  

"Yeni Sabah" xəbər verir ki, öncə, “Alumniportal Aserbaidschan” layihəsinin təsisçiləri Samir Həsənov və Asif Məsimov onlayn platformanın təqdimatını edib və azərbaycanlıların Almaniyadakı diaspora fəaliyyəti, istiqamətləri və tətbiq sahələri, həmçinin ümumi strategiyanın inkişafı üçün məruzə ilə çıxış ediblər.  

Almaniyanın fərqli əyalətlərindən 40 nəfərədək iştirakçılara onlayn platformanın fəaliyyəti, nəticələri və gələcək məqsədləri haqqında məlumat verilib.   Pepperoni pizza

Daha sonra Vikipediya mütəxəssisi Matti Blume məruzə ilə çıxış edib. O, öz çıxışında tədbir iştirakçılarını Vikipediyanın struktur, davranış qaydaları və onlayn ensiklopediyanın müsbət cəhətləri haqqında məlumatlandırıb.  

Məruzənin əsas hissəsidə informasiya müharibəsində vikipediya üzərindən təsir imkanlarına geniş yer ayrılıb.  

Sonuncu məruzəçi Dr. Yohannes Henrih öz çıxışında Almaniyada fəaliyyətin göstərən Azərbaycan Diasporunun uğurlu nəticələrinin əldə edilməsi üçün rasional və uzunmüddətli strategiyanın formalaşmasının zəruriliyini vurğulayıb.  

Bütün məruzələr qarşılıqlı fikir mübadiləsi formatında davam edib və yerdən bir sıra maraqlı təkliflər irəli sürülüb.  

Eyni zamanda, qeyd etmək lazımdır ki, tədbirin sonunda “Alumniportal Aserbaidschan” onlayn platformanın gələcək işləri üçün konkret fikirlər səsləndirilib.  

Tədbir iştirakçıları razılaşıblar ki, gələcək işlərin keyfiyyətli fəaliyyəti üçün azərbaycanlılar virtual aləmdə şəbəkələşməli və mütamadi olaraq fikir mübadiləsi aparmalıdırlar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!