Almaniyalı məşhur futbol mütəxəsisi Kristof Daum Türkiyə millisinin üzvlərinin Albaniya və Fransa ilə oyunlardakı qol sevincini əsgər salamı ilə qeyd etməsinə etiraz edən almanları qınayıb.
“Yeni Sabah” xəbər verir ki, “Sport1” kanalına danışan 65 yaşlı məşqçi Türkiyəyə dəstəyini göstərib:
"Türkiyədə orduya böyük hörmət var. Mən bu ölkənin üç klubunu çalışdırmışam. Futbolçuların əksəriyyətinin əsgər salamı verməsinə şahid olmuşam. Əsgər Türkiyə ordusunun adıdır. Hər bir Türkiyə vətəndaşı əsgərinə qarşı hörmətlə yanaşır. Almaniyadakı ordunun hər zaman mübahisəli imici olub. Ancaq Türkiyə ordusu buna bənzəmir. Türkiyədəki əsgərlər alman polisi kimidir. Onlar xalqın dostu, köməkçisidir. Orada əsgərə hörmət son dərəcə yüksəkdir". pizza mizza
Qeyd edək ki, Daum Türkiyənin "Beşiktaş", "Fənərbaxça" və "Bursaspor" klublarını çalışdırıb.
Telegram kanalımız