Almatı-Bakı-Almatı aviareysi ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Almatı-Bakı-Almatı aviareysi ləğv olundu

Maraqlı

06 Yanvar 2022 14:01 705


Qazaxıstanın "Air Astana" şirkətinin Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.

Bu barədə Yenisabah.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi. Marqarita pizza

Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.

Qeyd edək ki, dünən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!