Qazaxıstanda Zakir Həsənova medal verdilər

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda Zakir Həsənova medal verdilər

Siyasət

31 Oktyabr 2025 17:14 282


Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Dördpendirli pizza

Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalını təqdim edib.

Görüşün sonunda Qazaxıstan və Azərbaycan respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!