Almatıda həbsxanaya hücum edildi   - Bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Almatıda həbsxanaya hücum edildi - Bir nəfər öldü

Maraqlı

07 Yanvar 2022 17:11 1168


Qazaxıstanın Almatı vilayətinin inzibati mərkəzi Taldıkorqan şəhərində istintaq təcridxanasına hücumu dəf edərkən bir təhlükəsizlik əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “İnterfaks” Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşı və penitensiar sistemin iki əməkdaşı yaralanıb. Güllə yarası nəticəsində penitensiar sistemin bir əməkdaşı həlak olub. Pepperoni pizza

Bundan əvvəl Qazaxıstanın Taldıkorqan şəhərindəki istintaq təcridxanasına kamuflyaj geyinmiş 20 nəfər hücum etməyə cəhd edib.

Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir hücumçunu öldürüb, ikincisi isə yaralanıb. (Teleqraf.com) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!