Almeydadan Qurban Qurbanova: “Tanrı bilir ki, ikinci atamsan”

saytların hazırlanması

Evə çatdırılma

Almeydadan Qurban Qurbanova: “Tanrı bilir ki, ikinci atamsan”

İdman

12 Fevral 2025 17:57 306


Riçard Almeyda “Qarabağ”dan ayrılması ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı braziliyalı baş məşqçisi Qurban Qurbanova minnətdarlığını bildirib:

“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, Xocam, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi... Toyuqlu pizza

Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!