Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso ən azı daha bir mövsüm vəzifəsində qala bilər.
Yenisabah.az "Get German Football News"a istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsüm üçün heyətin formalaşdırmasına tam fokuslanıb. Bundan əlavə, 43 yaşlı məşqçi Almaniya klubunun rəhbərlərinə mövsümün sonunda getmək istəməsi ilə bağlı heç nə deməyib.
"Real" hələ də Alonso ilə maraqlanır. Lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda gedəcəyi dəqiq deyil. Dördpendirli pizza
Xabi Alonsonun "Bayer"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Telegram kanalımız