Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq

Sosial

10 Dekabr 2025 00:02 727


Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Sezar pizza

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriləcək.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda veriləcək.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!