Altı nəfəri ilan sancıb -   Rəqəmlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Altı nəfəri ilan sancıb - Rəqəmlər açıqlandı

Sosial

11 May 2019 17:34 1355


"İlan sancması ilə bağlı apreldə cəmi 6 müraciət daxil olub. Hazırda isə bununla bağlı heç bir müraciət daxil olmur".

Bu barədə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Baş toksikoloq xəstəxanaların zərdabla təminatından da söz açıb: "İlan zəhərinə qarşı Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzindən artıqlaması ilə zərdablar verilib. Bununla bağlı hansısa problem yoxdur. Tövsiyə edirik ki, ilan dişləyibsə, şəxs hərəkətsiz vəziyyətə gətirilməlidir. Həmin ilan sancan nahiyəyə yod məhlulu vurula bilər. Daha sonra isə şəxsi dərhal yaxınlıqdakı tibbi müəssisələrdən birinə çatdıraraq ilan zəhərinə qarşı zərdab vurdurmaq lazımdır". Pepperoni pizza

A.Maqsudovun sözlərinə görə, bu hadisələrin 3-ü Bakı ətrafı kəndlərdə, 3-ü isə rayonlarda baş verib: "İlan sancan nahiyədə şiş böyüdüyü, ağrılar artdığı üçün həmin şəxslər Bakıya gətirilib. Onların müalicəsi burada davam etdirilib, daha sonra isə evə buraxılıblar".

"Onlardan 2-si azyaşlı olub. Birinin 5, digərinin isə 7 yaşı olub. İlan vuran şəxslər arasında ölən olmayıb", – deyə baş toksikoloq vurğulayıb.

A.Maqsudov əqrəb sancmasına görə daxil olan müraciətlərdən də danışıb: "Eyni müddətdə 3 nəfər əqrəb sancmasına görə məsləhət alıb. Onlar arasında zəhərlənən olmayıb".

Sputnik Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!