AMEA-dan “Keşikçidağ”la bağlı bəyanat –   “Sizin ata-babalarınız…”

saytların hazırlanması

Evə çatdırılma

AMEA-dan “Keşikçidağ”la bağlı bəyanat – “Sizin ata-babalarınız…”

Sosial

17 May 2019 08:45 1138


“Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci il parlament seçkilərində və 2014-cü il prezident seçkilərində tam uğursuzluğa düçar olduqdan sonra partiya sədrliyindən istefa verməyə məcbur olan, sonra yenidən partiyasına qayıdan Şalva Natelaşvili bu yaxınlarda ölkələrində itirilmiş imiclərini yenidən bərpa etmək üçün qonşu və dost Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər”.

“Yeni Sabah”ın məlumatına görə, bu, AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının “Keşikçidağ”la bağlı bəyanatında qeyd edilib:

“Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olmuşdur, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurmuşdur. İlk olaraq qeyd edilməlidir ki, İrakli Okruaşvili və Şalva Natelaşvili kimilər gürcü xalqına dost və qardaş olan Azərbaycan xalqını "çoban”, "gəlmə” adlandırır, özlərini isə az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim edirlər. Hətta bəziləri həddini daha da aşaraq Gürcüstan Respublikasının aborigen əhalisi olan 500 minə yaxın azərbaycanlının yaşadıqları vətənlərindən çıxarılması ilə bağlı sərsəm fikirlər səsləndirir, məsuliyyətsiz çıxışlar edirlər. Sezar pizza

 Bununla əlaqədar olaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurası bütün məsuliyyəti ilə bəyan edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biridir. Biz hər iki böhtançıya, həmçinin onlarla eyni fikirdə olan hər kəsə bildiririk: Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. Cənab İrakli Okruaşvili və Şalva Naltelaşvili, sizin ata-babalarınız İberiya – indiki İmeretiya ərazilərində yaşayırdılar. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi. Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania (bəli, məhz Kuman!, cənab Şalva!) istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12). Bu mənbələrlə tanış olun, əgər buna sizin elmi potensialınız imkan verməsə, onda gürcü müəlliflərinin əsərlərinə müraciət edin. Əgər bu ifadələri səsləndirənlər öz gürcü mənbələrini – Kartlis Sxovrebanın "Gürcüstanın xristianlığa döndərilməsi” bölməsini, Leonti Mrovelinin "Kartli çarlarının həyatı” əsərlərini oxusalar, e.ə. VIII-III əsrlərdə bu günkü bütün Cənubi və Şərqi Gürcüstan ərazisində gürcülərin buntürk, xəzər və hun adlandırdıqları qeyri-gürcü tayfalarının yaşadıqlarını qeyd etdiklərini görərdilər. Gürcü mənbələri qeyd edirlər ki, bu dövrdə Kartlidə xəzər nüfuzu o qədər güclü idi ki, iberlərin danışdığı altı dildən biri məhz xəzər dili olmuşdur, bütün gürcülər xəzər dilini bilirdi və danışırdı (Cənab İraklilər və Şalvalar! Bu məlumatları bir də oxuyun!)”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!