ABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.
“Yeni Sabah”xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir. Məlumatda bildirilir: "ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək".
Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq. pizza hut
Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.
Telegram kanalımız