Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

Dünya

26 Oktyabr 2021 11:09 948


ABŞ və Rusiya arasında diplomatik münasibətlərdə artan gərginliyə vizalar da əlavə olundu.

Yenisabah.az xəbər verir ki, ABŞ Dövlət Departamenti iki gün əvvəl dərc etdiyi bəyanatda Amerikanın Rusiyadakı diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarına bundan sonra viza verməyəcəyini bəyan edib. Amerikaya getmək istəyən Rusiya vətəndaşlarının müraciət ünvanı kimi Polşanın paytaxtı Varşavadakı ABŞ konsulluğunu göstərilib.

Rusiyanın Xarici İşlər sözçüsü Mariya Zaxarova, ABŞ rəhbərliyinin viza kimi sadə formallıqlardan belə istifadə etməkdən çəkinmədiyini və Amerikaya səfər etmək istəyən vətəndaşlara rəsmi olaraq sadist yanaşdığını deyib. Onun sözlərinə görə, ABŞ yanan körpülərə yenisini əlavə edib. pizza hut

O qeyd edib ki, ABŞ və Rusiya arasında viza böhranı başlamazdan əvvəl Rusiya bir addım atmışdı. O, Rusiya vətəndaşlarının ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində işləməsini qadağan edib. Moskvanın bu qərarından sonra Amerika nümayəndəliklərində çalışan yüzlərlə insan işdən çıxarıldı.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!