Amerika xüsusi təyinatlıları İŞİD liderini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Amerika xüsusi təyinatlıları İŞİD liderini öldürdü

Dünya

27 Oktyabr 2019 08:24 1189


Amerika xüsusi təyinatlıları ötən gün oktyabrın 26-da Suriyanın şimalındakı İdlib bölgəsində keçirilən əməliyyat nəticəsində “İslam dövləti” terrorçu qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadini məhv ediblər. Lakin hərbçilər hələlik bu faktı təsdiq etməyə çalışırlar və ölən terrorçunun məhz Bağdadi olduğuna tam əmin olmaq istəyirlər.

 “Newsweek” jurnalı xəbər yayıb ki, əməliyyatı Pentaqonun xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı “etibarlı kəşfiyyat məlumatları əsasında” həyata keçirib. ABŞ quru qoşunlarının həmin əməliyyatla tanış olan  nümayəndəsi jurnala bildirib ki, əl-Bağadi məhv edilib. Məlumata görə Pentaqon artıq Ağ evə reyd zamanı məhz əl-Bağdadinin məhv edildiyi barədə “yüksək əminlik dərəcəsinə malik” məruzə edib.

Məlumata görə ABŞ xüsusi təyinatlıları İdlibdə əl-Bağdadinin rezidensiyasını aşkar ediblər və orada “təmizləmə” aparıblar. Ərazini mühafizə edən yaraqlılar müqavimət göstəriblər, amma xüsusi təyinatlılar onları atışmada məhv ediblər. İŞİD lideri isə çıxış yolunun olmadığını görərək özünün öldürüb. Əl-Bağdadi ilə birlikdə onun iki arvadı da öldürülb. pizza mizza

Nəşr bildirir ki, prezident Donald Tramp xüsusi əməliyyatın keçirilməsini onun başlanmasından bir həftə əvvəl dəstəkləyib. Əməliyyat başa çatandan sonra isə öz Tvitter-ində əl-Bağdadinin məhv edilməsinə eyhamla mesaj paylaşıb. “Elə indicə çox mühüm hadisə baş verdi”,-Tramp müəmmalı tvitində bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!