“Amerikaya köçmək çox çətin idi” - Van Dammın gəlini

saytların hazırlanması

Evə çatdırılma

“Amerikaya köçmək çox çətin idi” - Van Dammın gəlini

Şou

10 Avqust 2025 17:35 428


Hollivud ulduzu Jan-Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə izləyicilərinin ünvanladığı sualları cavablandırıb. 

O, Amerikaya köçməsindən və orada yaşamasından bəhs edib:

"Bu, cəsarət və motivasiyadan daha çox şey tələb edir. Sevgiyə görə köçdüm. Koronavirus ərəfəsində köçdüm. Fərqli qitə. Mənim ölkəmdə müharibədən sonra. Uçuşlar və viza qaydaları ilə məşğul olmaq çətin idi. "Green card" prosesi Covid19 səbəbiylə mənim üçün gecikdi. Depressiyada idim və hələ də bunu içimdə hiss edirəm. Bir uçuşdan o birinə gedərkən evlərin heç birini öz evin kimi hiss etmirsən və elə bil sınacaqsan, heç vaxt belə yaşamağa öyrəşməyəcəksən, yeni ölkəyə, yeni mədəniyyətə, yeni siyasi sistemə, həyatın yeni qaydalarına və sair... Hər şeyi qurban verirsən. Ailəniz, dostlarınız, alışdığınız həyat... Həqiqətən çətindir. Məncə, bununla heç nə müqayisə oluna bilməz. Hələ tam uyğunlaşmamışam, hələ də üzərində işləyirəm. Toyuqlu pizza

Amerikaya köçmək mənim üçün psixoloji olaraq çox mürəkkəb bir proses idi. Deyərdim ki, insan sadəcə yerini yox, kimliyini də dəyişmiş kimi olur. Əvvəlcə hər şey yeni, maraqlı, amma bir az sonra içində bir boşluq yaranır. Keçmişinə bağlısan, amma gələcəyi də qurmağa çalışırsan. Bu iki dünya arasında qalmaq insanı yora bilir. Tanımadığın bir mühitdə sıfırdan həyat qurmaq, özünü tanıtmaq və qəbul etdirmək çox güc tələb edir. Hətta ətrafında insanlar olsa da, özünü yad və tək hiss edirsən. Bu təkcə bir coğrafi dəyişiklik deyil - ruhunun, düşüncələrinin, emosiyalarının da uyğunlaşması deməkdir. Mənim üçün bu, sadəcə bir köç deyil, daxili bir dönüşüm oldu".

Qeyd edək ki, Suada Van Dammın oğlu Kristoferlə ailəlidir. Cütlük 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar.  (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!