Amil Xəlil Audiovizual Şuranın qərarına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Amil Xəlil Audiovizual Şuranın qərarına münasibət bildirdi

Sosial

09 Yanvar 2026 15:20 3296


“Bu məsələ ötən ayın 25-i olub. Mən bölgə universitetlərinin boş qalması haqqında danışmışam. Material da qalır, heç bir yerdən silməmişik. Sadəcə əsas söhbəti konteksdən çıxartdılar”.

Bu sözləri “Yeni Sabah”a aparıcı Amil Xəlil deyib.

O, Space TV-nin yayımının 3 saatlıq dayandırılmasına belə münasibət bildirib: Dominos pizza

“Demişəm ki, bölgələrdə universitetlər boş qalıb. Mən Lənkəranda yaşasam, Lənkəran və ya Gəncədə qalsam, Gəncə Dövlət Universitetini seçərəm. Yaşadığım yer haraya yaxındırsa, onu uyğun yerdə oxumağı daha üstün tutaram. Amma bəziləri yazdılar ki, aparıcı, yəni mən bölgə ayrıseçkiliyi edirəm. Vaxtı ilə aktrisalarımızdan biri də bu barədə danışanda özüm də buna dair ona irad bildirmişdim. Olmaz belə şeylər!"

Aparıcı bildirib ki, Şuranın qərarına qarşı bir şey deyə bilməz:

“Yenə də deyirəm ki, çox adam tərəfimi tutdu. Bildirdilər ki, düz deyir, bölgələrdə yerlər boşdur. Anonim olaraq bir neçə müəllim də bu barədə mənə yazdı. Lakin "Bakıya gəlməyin", "Bakı elə, Bakı" belə kimi söhbətlər olmayıb. Bu haqda neqativ yazanlar da videoları tam izləməyənlərdir. Mən orada qız, oğlan ayrıseçkiliyi etməmişəm”.

Qeyd edək ki, Audiovizual Şurası dekabrın 25-i "Space TV"də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

 Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Murad
    Amil Xəlil, rayon camaatını təhqir edirsən, rayon qızlarını əxlaqsız kimi qələmə verirsən, sonra da özünə bəraət qazanmaq istəyirsən. Həb bir zonada namuslu qadınlar, qızlar da var, əxlaqsız işlərlə məşğul olanlar da. Bakıda bəyəm əxlaqsız qadın, qız yoxdur? Sənə nə var kim harada oxuyur, sən təhsil nazirindən, baş nazirdən, prezidentdən? Sənin kimiləri bu xalqı təbəqələrə bölüb düşmənçilik yaradan. Utan danışdığın sözlərdən əgər vicdanın, şərəfinə varsa.
    4 months ago
  • Nadir
    Amil Xelil duz deyib de hara yaxlndlsa orada oxuyun .Bakl cox yuklenmesin
    4 months ago