Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

saytların hazırlanması

Evə çatdırılma

Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

İqtisadiyyat

11 İyun 2020 10:05 836


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və “Atabank” ASC-lərin əmanətçilərinə 1-10 iyun tarixlərində 47,1 milyon manat kompensasiya ödəyib.

Yenisabah.az bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.  pizza

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!