“Ana-bacı söyüşləri ortalığa tökülür...” –   Eldar Sabiroğlu 

saytların hazırlanması

Evə çatdırılma

“Ana-bacı söyüşləri ortalığa tökülür...” – Eldar Sabiroğlu 

Siyasət

09 İyun 2019 19:35 2291


“Sovet hökumətini bəyənmirdik. Dedilər bu da sizə müstəqillik. Necə istəyirsiniz o cür yaşayın. Hər kəsə seçimində sərbəstlik verən yeni sistem özü ilə bir sıra problemləri də həyat tərzimizə daşıdı”.

“Yeni Sabah” xəbər verir ki, bunu YAP-ın qurucularından biri olmuş keçmiş deputat Eldar Sabiroğlu deyib. O, bildirib ki, xüsusilə içtimai, mədəni, siyasi münasibətlərin daha çox şəxsi maraqların təminatı rolunda özünü ifadə etməsi xalqın qədimdən gələn müqəddəs ürf-adətlərinə, mənəvi-əxlaqi dəyərlərinə böyük zədələr vurdu. 

Onun sözlərinə görə, adamlarda bir yekəxanalıq, özünü bəyənmə, "burda mənəm, Bağdadda kor xəlifə" deyə kobud saymazyanalıq və s. bu kimi mənfi əlamətlər təzahür etdi: “Deməkdən çəkinməyəcəyəm, daxili dünyamıza elə iyrənc tərbiyəsizlik çökdü ki, artıq söyüş, özü də necə söyüşlər mətbuatımıza, sosial şəbəkələrə, internet televiziyalara yol açdı. Belə ki, heç kim heç kimin kitabını oxumur. Hərə özünü dahi sayır. Utanmadan, xəcalət çəkmədən arvad-uşaq, ana-bacı-qız söyüşləri ortalığa tökülür, biri-digərinə ən aşağılayıcı təhqirləri dilə gətirirlər. Bu adamlar öz evlərində həyat yoldaşlarının, övladlarının gözünün içinə görəsən necə baxırlar!? Marqarita pizza

Olmaz belə, axı dünya bizə baxır, niyə urvatdan salırıq xalqı, milləti! Allah xatirinə, söyüşlərə, təhqirlərə son verin! Evdə interneti açarkən səsini azaltmağa məcbursan ki, ailə hansısa ağıldan qürreyin ana-bacı söyüşlərini eşitməsin. Təsəvvür edirsinizmi, ən çox layk olunanlar da onlardı. Trollara bir sözüm olacaq: Arınız-namusunuz olsun!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!